Moskvada Rusiya Müftilərinin Məsləhət Şurası müşahidəçiləri və ictimaiyyət nümayəndələri Qurban bayramı günlərində məscidlərdə vəziyyətə nəzarət edəcəklər. Onlar dindarlarla polis arasında baş verə biləcək münaqişəli vəziyyətlərin aradan qaldırılmasına yardımçı olacaqlar.ANS PRESS-in məlumatına görə, Qafqaz xalqlarının Rusiya Konqresinin sədr müavini, işçi qrupun rəhbəri Sultan Toqonidze deyib ki, bayram günlərində "oda yağ tökməyi" arzu edənlər saysız-hesabsız çox ola bilər. İctimaiyyətin nümayəndələri köməkçi mexanizm kimi buna qarşı çıxış etməyə hazırdır. Onlar hüquq-mühafizə strukturları ilə qarşılıqlı şəkildə yarana biləcək vəziyyətin neytrallaşdırılmasında iştirak edəcəklər.Xatırladaq ki, əvvəllər Müftilər Şurası məscidlərdə baş verən hadisələrlə bağlı xüsusi bəyanatla çıxış edərək, insanları sakitliyə və qanunlara riayət etməyə səsləyib: "Biz dindaşları meqapolisdə pasport sisteminə riayət etmək ehtiyacını unutmamağa çağırırıq."
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !