"Radio günü" filmi ilə məşhurlaşan rusiyalı aktrisa Amaliya Belyayevanın pul və daş-qaşla dolu pul kisəsi oğurlanıb. Hadisə Moskvanın mərkəzində baş verib. Daş-qaşlar və içərisində 1 milyon rubl olan pul kisəsi aktrisanın keçmiş həyat yoldaşının maşınından oğurlanıb.
ANN.Az-ın "Utro.ru"ya istinadən xəbərinə görə, aktira və keçmiş əri Zubov bulvarında 15 nömrəli evin yanında "Leksus" markalı maşından 10 dəqiqəlik düşüblər, qarət elə bu zaman baş verib. Bu vaxt ərzində cinayətkarlar maşını soya biliblər.
"Amaliyayla mən supermarketə və gül mağazasına getmək üçün 10 dəqiqəlik maşından düşdük. Mən maşına qayındanda isə, içəridəki hər şey qarışdılmışdı. Amaliyanın pul kisəsi, sənədləri və daş-qaşı oğurlanmışdı", - aktrisanın keçmiş əri açıqlamasında bildirib.
Oğurlanan pulun bir milyon rubl miqdarında olduğu bildirilir, digər daş-qaş əşyalarının dəqiq qiyməti isə məlum deyil.
ANN.Az