Məşhur aktyor dünyasını dəyişdi - FOTOLAR

19:44 | 12.02.2019
Məşhur aktyor dünyasını dəyişdi - FOTOLAR

Məşhur aktyor dünyasını dəyişdi - FOTOLAR

Məşhur aktyor Erdoğan Sıcak müalicə olunduğu xəstəxanada vəfat edib.
Anews.az ölkə.az-a istinadla xəbər verir ki, aktyor uzun müddətdir koah xəstəliyi ilə mübarizə aparırdı. 79 yaşlı aktyorun ölüm xəbərini qızı Tutam Sıcak sosial şəbəkədə paylaşıb:

"Atam Erdoğan Sıcağı itirdik. Həftənin cümə axşamı dəfn edəcəyik. Ətraflı məlumat veriləcək”.
Erdoğan 1940-cı ilin 18 avqust tarixində Bakırköydə anadan olub. Liseydə təhsil aldığı illərdə səhnəyə atılıb. Jurnalistika təhsili aldığı dövrdə teatrla məşğul olmağa başlayıb. 1959-cu ildə Haldun Dormenin teatr məktəbində oxuyub.
Uzun illər teatrlarda aktyor və rejissor olub. Sonradan isə müxtəlif film və seriallara çəkilib.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti