Məşhur aktyor illər sonra üzə çıxdı: Qızım xəstədir, ailəmi dolandıra bilmirəm – FOTOLAR

14:40 | 11.08.2017
Məşhur aktyor illər sonra üzə çıxdı: Qızım xəstədir, ailəmi dolandıra bilmirəm – FOTOLAR

Məşhur aktyor illər sonra üzə çıxdı: Qızım xəstədir, ailəmi dolandıra bilmirəm – FOTOLAR

anews.az Əməkdar artist Arzu Hüseynovun Milli.Az-a verdiyi müsahibəni təqdim edir.

- Arzu müəllim, uzun zamandır sizi nə efirdə, nə də film və seriallarda görürük. Bunun səbəbi xəstəliyinizlə bağlıdır?

- Mənim səhhətim normaldır, həkimə getmirəm, getsəm, min cür xəstəlik ortaya çıxar. Hal-hazırda işlə bağlı problemlərim var. Televiziya kanalları məni nə seriallara, nə də verilişlərə dəvət edirlər deyə, yaradıcılığımı davam etdirə və ailəmi yetərincə dolandıra bilmirəm.

O vaxt gözümə görə təqaüd ayırmışdılar, qızım da talassemiya xəstəsidir. Bundan əlavə, bir bacım da bizimlə yaşayır və o da təqaüd alır. Bir də Əməkdar artist fəxri adına görə pul alıram. O pullarla ailə necə dolansın?

- Bəs toylara getmirsiniz?

- Toya sonuncu dəfə təxminən 8 il əvvəl getmişəm. Toylar olanda maddi durumum nisbətən yaxşı idi. Demək olar ki, hal-hazırda şadlıq evlərindən təcrid olunmuşam. Məsələn, mən 30 manat istəyirəm, bu, onlara sərf etmir. Cavan uşaqlara 10 manat verirlər, gəlib işləyir. Mən ailəli adamam, bu məbləğdə ailəni dolandıra bilmərəm.

- Vaxtilə çörək kəsdiyiniz sənət dostlarınız sizi itirib-axtarır?

- Vaxtilə bir yerdə oturub-durduğumuz adamlar var. Elələri var seriala dəvət alırlar, orada durub demirlər ki, bəlkə, filankəsi də dəvət edək, onun da buna çox ehtiyacı var. Heç vaxt deməzlər.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM