Məşhur aktyor xəstəliyə tutulub

13:14 | 20.01.2014
Məşhur aktyor xəstəliyə tutulub

Məşhur aktyor xəstəliyə tutulub

Kıvanç Tatlıtuğ uzun müddətdir tənəffüs dayanması xəstəliyi ilə mübarizə aparır. ANS PRESS-in Türkiyə mediasına istinadən məlumatına görə, Kıvanç Tatlıtuğ təxminən 1 aydır Nişantaşında özəl bir klinikada müalicə alır. 10 gündə bir bu klinikaya gedib müaiyinə olunan Tatlıtuğ buna görə də dizi çəkilişləri üçün getdiyi Sankt-Peterburqdan tez-tez İstanbula qayıdır. Bu xəstəlik nəticəsində insan özünü gün ərzində yorğun, əzgin və işlərinə həvəssiz hiss edər. Yatarkən tənəffüs dayanması (apne) hadisəsində ən az nəfəsin 10 saniyə kəsilməsi və nəfəsalma dayanmalarının saatda ən az 5 dəfə təkrarlaması "yuxu apne xəstəliyi" adlanır. Qeyd edək ki, məşhur aktyorun da yaxalandığı bu xəstəlik müalicə edilməzsə, ürək böyüməsi, infarkt, yüksək təzyiq, iflic kimi bir çox arzuolunmaz nəticə doğura bilər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb