Məşhur aktyora 17 ilədək həbs cəzası

20:00 | 23.04.2019
Məşhur aktyora 17 ilədək həbs cəzası

Məşhur aktyora 17 ilədək həbs cəzası

Xəbər verdiyimiz kimi, aktrisa Elit İşcan "Yaşamayanlar" serialında birlikdə rol aldığı aktyor Efecan Şenolsunu məhkəməyə verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa həmkarını təcavüz və təhqir etməkdə günahlandırır.
Onların son məhkəmə iclasında 18 nəfər şahid qismində dindirilib.
Prokuror gənc aktyor üçün 7 ildən 17 ilədək həbs cəzası istəyib.
Qeyd edək ki, Elit adıçəkilən serialın çəkilişi zamanı Efecanın onu zorla qucaqlayaraq öpməyə çalışdığını və istədiyinə nail ola bilməyəndə isə təhqiramiz sözlər işlətdiyini deyib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM