Məşhur aktyorda xərçəng aşkarlandı

09:51 | 22.11.2013
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

Daha bir tanınmış Hollivud aktyoru əsrin bəlası sayılan xərçəng xəstəliyinə tutulub. ANS PRESS-in Rusiya mətbautına istinadla verdiyi məlumata görə. Hyu Cekman dəri xərçəngi xəstəliyinə tutulduğunu öz mikroblokunda elan edib. "Deb (həyat yoldaşı) burnumun üstündəki ləkəni yoxlatmağımı deyirdi. Uşaqlar, o haqlı idi!. Məndə bezalioma var. Xahiş edirəm mənim pis vərdişlərimi örnək gğtürməyin. Vaxtında müayinə olunun və günəş kremlərindən istifadə edin", deyə 45 yaşlı aktyor "Twitter"də yazıb. Aktyor xəstəliyin hansı mərhələdə olduğunu qeyd etməyib. Bazalioma dəri xərçənginin ən geniş yayılmış növlərindən biridir. Bu xəstəlik ildə 2 milyon insanda aşkar edilir. Hyu Cekman "X insanlar" filmi ilə daha çox tanınıb. Burada o, Rosomaxi rolunu ifa edib. 2012-ci ildə Məşhurlar xiyabanında onun ulduzu qoyulub. Bundan əlavə o "Emmi" və "qızıl qlobus" mükafatlarının laureyatıdır. Aktyor "Van Helsink","Avstraliya", "Canlı polad", "Rədd edilmiş" kimi filmlərdə rol alıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM