Məşhur aktyordan Fəxrəddin Manafova sərt sözlər

17:59 | 05.12.2018
Məşhur aktyordan Fəxrəddin Manafova sərt sözlər

Məşhur aktyordan Fəxrəddin Manafova sərt sözlər

"Fəxrəddin Manafovun teatrdan getməyi haqqında yazdığım status mənə əziz olan həmkarlarımı əsəbiləşdirib. Gəlin, məsələyə daha ətraflı yanaşım. Əvvəla, mən Fəxrəddin Manafovun şəxsiyyəti haqda heç nə yazmamışam, yazmaram da. Ən azından çörəyini yediyi və kinolarında çəkildiyi Rüstəm İbrahimbəyov haqqında son dediklərinə görə..."

Publika.az xəbər verir ki, bu sözləri Xəzər televiziyasında yayımlanan "İmtahan" serialında çəkilən məşhur aktyor Hikmət Rəhimov sosial şəbəkədə yazıb. Aktyor Xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından getməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

"O vaxt da nəsə yazmaq istədim, sonra lənət şeytana dedim. Fuad Poladovla Fəxrəddin Manafovun teatrdan getməyini müqayisə etmək belə ən azından sadəlöhvlük olar. Əqidə baxımından Fuad müəllimə çatmaq mümkünsüz bir şeydir. Fəxrəddin bəy indiyə qədər teatr və kino sahəsində baş verənlərə bir ziyalı olaraq heç vaxt münasibət bildirməyib. Açığı heç gözləmirdim də. Səsləndirdiyi tək fikir Rüstəm İbrahimbəyov haqqında olub. Öz işidir və marağıdır. Yəqin ki, marağı müqabilində mükafatnı da alıb, ya da alacaq. İndiyə qədər bir gənc istedadlı insana dəstəyini də görməmişəm.

Fəxrəddin Manafov əsl aktyordur. Bunu danmaq nadanlıq olar və günahdır. Hər halı ilə bu insan teatrda olmalıdır. Çünki bu insanın peşəsini sevənlər var. Yeri gələndə, onun teatrda nazı ilə də oynamalıdırlar. Bu baxımdan ehtiyacı olmasa belə, Fəxrəddin bəyə dəstək olmaq istədim və dəstəyəm də. Baxmayaraq ki, mən teatrdan gedəndə fikir də bildirmədi.

Sonda bunu da qeyd edim ki, mən indiyə qədər Fəxrəddin Manafovla salamlaşmamışam. Buna da əsasım var. Bir kiçik olaraq yaşca böyük aktyora dəstəyəm. Çünki teatr sistemi həmkarlarımı çürüdür. Özünüzü qoruyun, bir-birinizi satmayın! Onsuz da çox azsız”.

Məlumat üçün bildirək ki, Xalq artisti F.Manafovun Rus Dram Teatrından getməsi xəbərləri təkzib olunub. Teatrın direktor müavini İlham Məmmədov Publika.az-a verdiyi açıqlamada bildirib ki, Fəxrəddin bəy hər gün teatrda olmur. O, teatra sadəcə tamaşa məşqləri olanda gedir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb