Məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru Abbas Mirzə Şərifzadənin Mirzəağa Əliyev, 115 ünvanında yerləşən bina tamamilə sökülüb. Qeyd edək ki, bu bina "Sovetski"dəki 171 tarixi abidələrdən biri idi və onun sökülməyəcəyi deyilirdi.
1893-cü il martın 22-də Şamaxının Yuxarı Qala məhəlləsində, ziyalı ailəsində anadan olan Abbas Mirzə bu binada anadan olduğu gündən vəfat etdiyi günə qədər yaşayıb.
Abbas Mirzə Şərifzadə ilk dəfə 1908 -ci ildə Molyerin "Zorən Təbib" əsərində epizodik rolda oynayıb (o lal qız rolunu oynayıb).
Daha sonra o, 1911-ci ildə ilk böyük rolunu ifa edib - Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar" faciəsinin əsas qəhrəmanı Qacar obrazı. Azərbaycan teatrı səhnəsində ilk dəfə Hamleti məhz Abbas Mirzə Şərifzadə oynayıb.
Aktyor Hüseyn Cavidin və Mikayıl Müşfiqin əsərlərini təbliğ etməkdə günahlandırılaraq, 1937 -ci ildə dekabrın 4 -də öz evində həbs olunub. Onu həbs edərkən, evində ciddi axtarış aparılıb və bir teatr qılıncı, iki teatr tapançası silah kimi müsadirə edilib. Məşhur aktyor 1938-ci il oktyabrın 19-da məhkəmə öz hökmünü verir: "Şərifov Abbas Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə görə güllələnsin, əmlakı müsadirə olunsun!".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !