Məşhur Azərbaycan pianoçusu Vyanada anılıb

09:53 | 29.11.2013
Məşhur Azərbaycan pianoçusu Vyanada anılıb

Məşhur Azərbaycan pianoçusu Vyanada anılıb

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli pianoçusu, xalq artisti, professor Zöhrab Adıgözəlzadənin xatirəsinə həsr olunmuş konsert keçirilib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova deyib ki, görkəmli pianoçu uzun müddət Vyana və bu şəhərin musiqisevərləri ilə bağlı olub, dəfələrlə burada tanınmış orkestrlərlə birgə konsertlər verib.

Tədbirin “Culture Meeting Point” təşkilatı ilə birgə təşkil olunduğunu vurğulayan L. Qasımova bildirib ki, mədəniyyət mərkəzinin əsas məqsədi yalnız öz tədbirlərini diqqət mərkəzində saxlamaq deyil, eləcə də Avstriyadakı digər təşkilatlarla birgə həyata keçirilən layihələr çərçivəsində mədəniyyətlərarası dialoqa və qarşılıqlı anlaşmaya töhfə verməkdir.

“Culture Meeting Point“ təşkilatının musiqi şöbəsinin rəhbəri, musiqişünaslıq üzrə fəlsəfə doktoru Fərəh Tahirova tanınmış pianoçu, pedaqoq və bəstəkar Zöhrab Adıgözəlzadənin həyat və yaradıcılığından, onun Azərbaycanda və Türkiyədə klassik musiqi sənətinin inkişafına verdiyi töhfələrdən danışıb.Qeyd edilib ki, Z. Adıgözəlzadə Avstriyada ilk dəfə 15 il əvvəl, 1998-ci il noyabrın 28-də “Yunus İmre” kvarteti ilə birgə konsert verib və bugünkü tədbirin belə bir məkanda təşkili mərhum musiqiçinin ruhunu da şad edir. Eyni zamanda, F. Tahirova Azərbaycan Mədəniyyət Mərkəzinə ölkəmizin mədəniyyətini və görkəmli şəxsiyyətlərini tanıtmaq üçün həyata keçirilən tədbirlərə görə məmnunluğunu ifadə edib.

Tədbirin bədii hissəsində Türkiyənin Eskişehir Anadolu Universitetinin nəzdində fəaliyyət göstərən “Yunus Emre” kvarteti və pianoçu Fərid Adıgözəlzadə birgə konsert proqramı ilə çıxış ediblər. Konsertdə məşhur Azərbaycan və türk bəstəkarları Qara Qarayev, Ülvi Camal Erkin, Fikrət Əmirov və başqalarının kvartet və fortepiano üçün əsərləri ifa edilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti