Moskva narkotik polisi paytaxtdakı mənzillərdən birində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı mənzildə 174 kiloqram heroin aşkarlanıb.
ANN.Az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, xüsusi reyd zamanı dəstənin başçısı başda olmaqla, 6 nəfər saxlanılıb. 700 paketdə saxlanılan narkotik maddənin ümumi qiymətinin 150 milyon dollar olduğu deyilir. Cinayətkarlar narkotiki Əfqanıstandan banan və meyvə qutularında gizlədərək gətiriblər.
Narkotik tapılan mənzilin sahibi olan "Parni İz Baku KVN" komandasının aktyoru İldar Nurimanovdur. O hazırda Türkiyədədir, bu gün aktyor dindirilmək üçün Moskvada olmalıdır. Verilən məlumata görə heroin alveriylə onun mühafizəçiləri məşğul olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !