• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Məşhur azərbaycanlı döyüşçü dünyasını dəyişdi

Məşhur azərbaycanlı döyüşçü dünyasını dəyişdi
27.01.2020 09:06
"Azərbaycan bayrağı" ordenli Xocalı döyüşçüsü, əslən Axısqa türkü olan Sərvər Rəcəbov dünyasını dəyişib. 

Bu barədə jurnalist-publisist Nəzirməmməd Zöhrablı məlumat verib.

Sərvər Rəcəbov qaraciyər sirrozundan əziyyət çəkirdi. 

Sərvər Rəcəbov Özbəkistanın Fərqanə vilayətindəki hadisələr zamanı oradan didərgin düşmüş Mesxeti türklərindəndir. Azərbaycana gəldikdən sonra isə o, Xocalıda məskunlaşaraq burada milis (polis) sıralarında xidmət etməyə başlayıb. Xocalıya ermənilərin hücumları başlayan zaman S.Rəcəbov Xocalı özünümüdafiə batalyonunu yaradaraq Xocalı ətrafında postların qurulmasını və şəhərin qorunmasını təşkil edib. 1989-cu ildən 26 fevral 1992-ci ilə - Xocalı soyqırımı gününə qədər. Həmin gün o da ailəsi – anası, qardaşı və cəmisi beş gün əvvəl doğulmuş körpəsini götürüb Xocalı əhalisi ilə birgə böyük məhrumiyyətlərdən keçərək Ağdam ərazisinə gəlib çıxa bilib.

Sərvər ailəsini təhlükəsiz yerə çıxardıqdan sonra yenə Qarabağa – ermənilərlə döyüşə qayıdıb və Xocalı batalyonunu bərpa edib. Sərvər Rəcəbov vətən qarşısında xidmətlərinə görə  "Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. (avropa.info

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirilib
Cəmiyyət 22:39
Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirilib
Bakıda "Euronews"un yerli ofisi açılıb
Cəmiyyət 20:29
Bakıda "Euronews"un yerli ofisi açılıb
Elektron Təhlükəsizlik Xidməti "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edib
Cəmiyyət 20:22
Elektron Təhlükəsizlik Xidməti "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edib
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:16
Bu ərazilərdə qaz olmayacaq
Qəbələdə yanğın olub - Video
Cəmiyyət 18:05
Qəbələdə yanğın olub - Video

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
Cəmiyyət 17:27
Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Cəmiyyət 16:18
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Cəmiyyət 16:04
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Son beş ildə 412 nəfər mina qurbanı olub
Cəmiyyət 15:29
Son beş ildə 412 nəfər mina qurbanı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol