Məşhur bəstəkar koronavirusdan öldü

10:34 | 02.04.2020
Məşhur bəstəkar koronavirusdan öldü

Məşhur bəstəkar koronavirusdan öldü

Amerikalı bəstəkar Adam Şlezinqer koronavirusdan ölüb.
 
Bu barədə "Variety” xəbər yayıb.
 
Məlumata görə, musiqiçi son bir həftəni Nyu-Yorkda xəstəxanada keçirib.
 
O da vurğulanıb ki, COVID-19-u ağır formada keçdiyi üçün həkimlər musiqiçini sedasiya vəziyyətində saxlamaq məcburiyyətində qalıblar.
 
Qeyd edək ki, "Emmi”nin üç dəfə mükafatçısı olan Şlezinqer, həmçinin, "Ən yaxşı yeni sənətçi” nominasiyasında "Qremmi” mükafatına sahib olub.
 
1997-ci ildə "That Thing You Do!” filmi üçün yazdığı "saundtrek”ə görə "Oskar” və "Qızıl qlobus” mükafatına namizədliyi irəli sürülüb.
 
Musiqiçi "Fountains Of Wayne” və "Ivy” qruplarının yaradıcısı olub.Oxu.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb