Məşhur drijor vəfat etdi

18:51 | 20.01.2014
Məşhur drijor vəfat etdi

Məşhur drijor vəfat etdi

Klaudio Abbado 80 yaşında dünyasını dəyişibDünyanın ən məşhur drijorlarından biri hesab olunan italyan Klaudio Abbado 80 yaşında vəfat edib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, BBC Music Abbadonun son illər ağır xəstə yatması barədə xəbər verib.2010-cu ildə o, 24 illik fasilədən sonra qayıtmaq niyyətində olduğu "La Skala" (Milan) teatrında çıxışdan imtina edib. Daha sonra dirijor özünü pis hiss etdiyi üçün Qustav Malerin 150 illik yubileyinə həsr olunmuş konserti təxirə salıb. Həkimlərin təkidi ilə Klaudio Abbado 2007-ci ildə konsert fəaliyyətindən imtina edib, amma iki ay sonra yenidən işə qayıdaraq 2010-cu ilə qədər çalışıb.K.Abbado Vyana beynəlxalq bəstəkarlar müsabiqəsi, "Berlin görüşləri" kamera musiqisi festivalı və Zalsburq Milad Serialının banisi olub. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb