Məşhur erməninin məclisində Azərbaycan musiqisi - Görüntüləri Xalq artistimizin qızı çəkdi - VİDEO

11:36 | 25.12.2019
Məşhur erməninin məclisində Azərbaycan musiqisi - Görüntüləri Xalq artistimizin qızı çəkdi - VİDEO

Məşhur erməninin məclisində Azərbaycan musiqisi - Görüntüləri Xalq artistimizin qızı çəkdi - VİDEO

Ötən gün Rusiyanın Soçi şəhərində keçirilən böyük bir ziyafət məclisində, əsasən ermənilərdən ibarət olan zalda dəvətlilər qarşısında məşhur "Sevirəm de” Azərbaycan mahnısı ifa edilib.

KONKRET.AZ xəbər verir ki, Ağadadaş Ağayevin ifasında uzun illər səsləndirilən mahnını bu dəfə tanınmış azərbaycanlı stilist Şəfəq Novruz zümzümə edib. O, erməni əsilli məşhur həmkarı Georgiy Kotun ad günü ziyafətində iştirakı zamanı bu anları lentə alaraq "İnstagram” səhifəsində paylaşıb.
 
Videoda o, mahnının sözlərini ifa etməklə doğma musiqisinə diqqət çəkib.

Xatırladaq ki, Şəfəq Novruz sevilən aktyor Ramiz Novruzun qızıdır.
 
O, bir neçə il bundan öncə əslən erməni olan və Soçidə ermənilərdən ibarət komanda ilə fəaliyyət göstərən stilist Georgiy Kotdan dərs alıb. Ş.Novruzun G.Kotla işbirliyi bir müddət mətbuatda qınaq obyektinə çevrilsə də, xanım stilist onu özünün ilk və son müəllimi hesab etdiyini, sənətində qazandığı uğurlara görə ona borclu olduğunu bildirib.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb