Məşhur fransız yazıçı ölkədən qovuldu

15:21 | 04.11.2014
Məşhur fransız yazıçı ölkədən qovuldu

Məşhur fransız yazıçı ölkədən qovuldu

Ərəb dünyasına müdaxilələri dəstəkləməsi ilə tanınan məşhur fransalı mütəfəkkir Bernard Henri Levi Tunisdən qovulub.ANN.Az xarici KİV-lərə istinadən xəbər verir ki, Levinin ölkəyə səfəri ciddi narazılıqlara səbəb olub.  Bununla bağlı şənbə günü açıqlama verən Həmkarlar İttifaqları Federasiyaları onu "terrorizmi və ölkədaxili çaxnaşmaları təbliğ edib anarxiya yaratmaqda" günahkar bilərək deportasiya edilməsini tələb edib.Cümə günü Tunisə gedən Levi hava limanında da etirazla qarşılanmışdı. Hətta ölkədəki siyasi partiyalara da onunla görüşmək istəməyib.Qeyd edək ki, mütəfəkkir səfəri boyunca polis nəzarəti altında bir oteldə qalıb və çölə çıxmayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM