Daha bir məşhur sənətçi vəfat edib. ANS PRESS-in məlumatına görə, İspaniyanın flamenko gitaraçısı Pako de Lusia Meksikada keçirdiyi ürək tutması nəticəsində dünyasını dəyişib. 66 yaşlı dünya şöhrətli gitaraçı dəniz kənarında övladları ilə istirahət edərkən özünü pis hiss etdiyini bildirib. Üstündən bir müddət keçdikdən sonra ürək çatışmamazlığından vəfat edib. Pako de Lusianın doğulduğu yer olan İspaniyanın Algersiras şəhərinin bələdiyyəsi məşhur sənətçinin ölümü barədə xəbəri yayımlayıb. Əsil adı Françisko Sançez Gomez olan ifaçı Flamenkanı, caz, bluz və rok ritmini dünyaya tanıdan isimlər sırasında öndə gələn şəxs olub. 2004-cü ildə ən yaxşı albom buraxan sənətçi adına layiq görülən Pako Grammy mükafatı qazanıb. İspaniyada bir çox mükafatlara sahiblənən və sevilən ifaçı dünyanın bir çox ölkəsində konsert proqramı ilə çıxış edib, qardaş ölkə Türkiyənin qonağı olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !