Anews.az bildirir ki, Yenicag.az ölümün təffərrüatını əldə edib.
Məlumata görə, ölən şəxs sayca üçüncü plastik əməliyyatını keçirib. TV-lərdə "ulduz”a çevrilən iranlı həkim Sirus Qoçxani sinə böyütmə əməliiyatını 8 min manata edəcəyini bildirib.
Mənbəmiz bildirir ki, Sirus Qoçxani əməliyyat edərkən ürəyə gedən damarı kəsib. Nəticədə isə 1996-cı il təvəllüdlü Turanə Musazadə əməliyyat masasında dünyasını dəyişib.
Qeyd edək ki, bu ölüm hadisəsi Sirus Qoçxaninin ilk "işi” deyil. Bundan öncə də, onun səhvi ucbatından ölüm hadisəsi baş verib. 22 yaşlı model Leyla Oruclu da əməliyyat masasında ölmüşdü. Təəssüf ki, buna baxmayaraq, Qoçxani Azərbaycanda cavan canları almağa davam edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !