"Yaxın iki il ərzində”.
Neft üzrə ixtisaslaşmış Andyurand Capital investisiya fondunun təsisçisi və rəhbəri Pyer Andyuranın fikrincə, yaxın zamanda WTI markalı neftin qiyməti bir barel üçün 30 dollardan aşağı olacaq.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, Andyuran 2008-ci ildə neftin qiymətinin artması və sonradan kəskin şəkildə ucuzlaşacağı proqnozunu verdikdən sonra məşhur olub.
İnvestorun fikrincə, neftin qiymətləri bir barel üçün 25-50 dollar arasında olacaq.
"Mən WTI üçün yaxın iki il ərzində 25-50 dollar arasında qiymət gözləyirəm”, - "The Financial Times” qəzeti Andyuranın sözlərini sitat gətirir.
2008-ci ildə Brent markalı neftin qiyməti tarixi maksimuma çatıb – bir barel üçün 143,95 dollar.
Amma dünyada böhranın başlaması ilə neftin qiymətlərinin aşağı düşməsi başlayıb və həmin ilin dekabrında Brentin bir bareli 33,7 dollar olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !