Məşhur İŞİD-çinin şəxsiyyəti müəyyən oldu

22:02 | 26.02.2015
Məşhur İŞİD-çinin şəxsiyyəti müəyyən oldu

Məşhur İŞİD-çinin şəxsiyyəti müəyyən oldu


İŞİD-in paylaşdığı edam videolarında Qərb girovlarını öldürən terrorçu "cihadçı Conun" şəxsiyyəti müəyyən edilib.

ANN.Az xəbər verir ki, BBC-nin əldə etdiyi məlumatlara görə "cihadçı Con" kimi tanınan İŞİD üzvü Küveytdə doğulan İngiltərə vətəndaşı Məhəmməd Emvazidir.

Emvazi bir müddətdir ki, İngiltərə təhlükəsizlik qüvvələri tərəfindən axtarışdaymış, lakin adı gizli saxlanılırmış. 2006-ci ildə Somaliyə gedən Emvazi Somali təşkilatı "Əlşabab"la əlaqəli olduğundan İngiltərə kəşfiyyatı tərəfindən axtarışda olub. 

 Emvazi ilk olaraq keçən ilin avqust ayında internetdə paylaşılan bir videoda Amerikalı jurnalist Ceyms Foleyi öldürərkən görüntülənib. O bundan başqa, digər girovların edam səhnələrində də fotokameralara tuş gəlib. Emvazinin Vestminster Universitetində kompüter proqramlaşdırma təhsili aldığı bildirilir. 

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM