Məşhur italyan rejissoru Franko Dzeffirelli vəfat edib

19:01 | 15.06.2019
Məşhur italyan rejissoru Franko Dzeffirelli vəfat edib

Məşhur italyan rejissoru Franko Dzeffirelli vəfat edib

İtalyan rejissoru Franko Dzeffirelli vəfat edib.

APA-nın "Ria.ru"ya istinadən verdiyi məlumata görə, o, Romadakı evində, 97 yaşında dünyasını dəyişib. Maestro Florensiyadakı Porte Santa məzarlığında dəfn ediləcək.

Franko Dzeffirelli 1923-cü ildə Florensiyada anadan olub. İkinci Dünya Müharibəsindən sonra kino və teatr sahəsinə gəlib. Lukino Viskontinin filmləri və tamaşaları üçün dekorasiyalar hazırlayıb. 1953-cü ildə isə tərtibçi rəssam kimi La Scalaya dəvət olunub, daha sonra müxtəlif operalarda quruluşçu rejissor kimi çalışıb. 


Dzeffirelli kino sahəsində "Kempinq” adlı qısametralı filmi ilə debüt edib. Ona kinoda Şekspirin əsərlərinə çəkdiyi filmlər məşhurluq gətirib. Dzeffirelliyə "Romeo və Culyetta” filminə görə "Ən yaxşı rejissor” nominasiyasında Oskar mükafatı verilib. 
Moestro son filmini 2002-cü ildə lentə alıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti