Əslində, bu personaj Siciliya mafiyasının rəhbəri idi. Prinsipcə, təqdir olunmamalı obrazı vardı. Amma Mario Pyuzonun eyniadlı əsərinə çəkilmiş film əla alınmışdı.
Bizimyol.info məşhur mafiya atasının 5 müdrik ifadəsini nəzərinizə çatdırır. Aktyor Marlon Brandonun oynadığı Don Korleone obrazı filmdə az ağıllı sözlər işlətmir.
Don Korleone
1 – Öz ailə üzvlərindən başqa heç kimə nə düşündüyünü bilməsinə imkan vermə. Qoy heç vaxt bilməsinlər ki, sənin dırnaqlarının altında nə var.
2 – Bütün ömrüm boyu cəmiyyətdə daha yüksəyə qalxmağa çalışmışam. Amma yuxarı qalxdıqca hər şeyin daha çirkin olduğunu gördüm.
3 – Sözlərlə keçinmək mümkündürsə, yazma, başını yellətmək varsa, danışma, ehtiyac yoxdusa, heç başını da tərpətmə.
4 – Bu həyatda mənə laqeydlik qədər heç nə yad deyil. Qadınlar və uşaqlar özünə belə yaşamağı rəva görə bilər, amma kişilər əsla.
5 – Əgər kişi uşaqları üçün əsl ata ola bilməyibsə, deməli, o heç kişi də deyil.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !