Dünyanın məşhur kosmetik markası sayılan "Garnier" israilli qadın əsgərlərə mübarizə apardıqlarını dəyərləndirmək üçün hər birinə gözəllik dəsti hədiyyə etdi. ANN.Az türk mediasına istinadən xəbər verir ki, bu markanın kosmetik mallarından istifadə edən qadın əsgərlərin şəkillərinin "Facebook"da paylaşılması sosial mediada böyük müzakirə yaradıb. Gözəllik dəstini israilli qadın əsgərlərə hədiyyə edən firma öz mesajda "Ölkələri üçün mübarizə aparan sevimli qadın savaşçılara bu dəsti hədiyyə etməkdən qürur duyuruq" - bildirib. "Garnier" markasının bu hədiyyəsinə reaksiya göstərən adamlar, xüsusilə də Twitter istifadəçiləri bu məhsulların boykot edilməsini təklifi ilə çıxış ediblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !