Tanınmış müğənni Keti Perri BMT Uşaq Fondu UNİCEF-in xoşməramlı səfiri təyin olundu. Bu təyinata görə xöşbəxt olduğunu deyən Perri bunun ictimai statusdan və maddi qazancdan daha əhəmiyyətli olduğunu bildirib.
Bu ilin aprel ayında UNİCEF missiyası çərçivəsində Madaqaskarda olduğunu xatırladan müğənni, yaşadıqları çətin həyat şəraitinə baxmayara ada sakini uşaqların üzündə gördüyü yüksək əhval ruhiyyənin ona müsbət təsir göstərdiyini deyib.
Keti Perri həmçinin "Unconditionally" mahnısını yazarkən bundan ilham aldığını deyib.
Qeyd edək ki, həmin mahnı “You-Tube” portalına yükləndiyi 2 həftə ərzində 17 milyondan çox izlənib.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !