Məşhur məşqçi dələduzlaqda ittiham olunur

21:00 | 25.08.2020
Sərbəst güləş üzrə qadınlardan ibarət Azərbaycan millisinin sabiq bolqarıstanlı məşqçisi Filip Manolov borcunu qaytarmamaqda ittiham edilir. 

Bu barədə Yenisabah.az-a satıcı Ramin Manafov məlumat verib. Satıcı deyib ki, 2015-ci ildə məşqçi və qızı Elis Manolov ondan 1850 manatlıq saat alsa da borcunu hələ ödəməyib:  

"Güləşçi Elis Manolova və atası Filip Manolov mənim müştərilərim idi. Məndən qol saatları alırdılar. Axırıncı dəfə onlar 2015-ci ildə məndən 1850 manatlıq mal aparıblar və pulu hələ də verməyiblər. Güləş üzrə çempionat olan ərəfədə F.Manolov mənə 100 dollar pul göndərdi ki, şikayət etməyim. Amma hələ də 1850 manat  borcları var.
 
Məndən saatları aldılar, dedilər ki, pulu gətirib verəcəyik, amma vermədilər. Qızı Elis gəlib malları aparmışdı. Əvvəllər məndən nağd alış edirdilər, daimi müştərilərim idi, axırıncı dəfə Filip Manolov dedi ki, malı ver, pulu göndərəcəyəm. Sonra xəstəxanadan şəkil atdı ki, yoldaşım xəstədir. Filipin özü ilə əlaqə yaratmaq istədim, amma məni "blok” etdi. İndi nə Filip Manolovu, nə də qızını tapa bilirəm. Hətta bir dəfə onların olduğu idman kompleksinə getdim, mənə dedilər ki, get sizə zəng edəcəklər, amma etmədilər”.


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti