Məşhur milyarderin evindən asdığı şəkillər hamını şoka saldı - FOTOLAR

21:16 | 03.02.2020
Məşhur milyarderin evindən asdığı şəkillər hamını şoka saldı - FOTOLAR

Məşhur milyarderin evindən asdığı şəkillər hamını şoka saldı - FOTOLAR

Aralarında azyaşlı qız uşaqlarının da olduğu çox sayda qadına cinsi təcavüz edən və insan alveri ilə məşğul olmaqda təqsirləndirilən amerikalı milyarder Cefri Epşteyn 2019-cu ilin avqustun 10-da öz kamerasında ölü tapılmışdı. 
Sondakika.com məlumat verir ki, ekspertiza onun intihar etdiyini haqda rəy verib. 
Bugünlərdə isə mətbuata onun öz malikanəsində hansı əxlaqsız işlərlə məşğul olduğunu təsdiq edən məlumatlar düşüb. 

Söhbət Epşteynin bir müddət sevgilisi olan, münasibətlərinə son qoyulduqdan sonra isə ona əylənmək üçün gənc qızlar tapan Cisleyn Maksvelin malikanədən asılan təqribən iki metrilik portretindən gedir. Onun çılpaq və əxlaqsız formada oturması görənldərdə şok effekti yaradıb.
Ancaq rüsvayçılıq bununla da bitməyib. Malikanənin divarlarında Cefri Epşteynin yaxın münasibətlərdə olduğu digər qadınların da çılpaq şəkilləri asılıb
Görüntüləri yayan Epşteynin keçmiş işçisi olub. O, 1999-cu ildən 2007-ci ilə qədər milyarderin evində internet və təhlükəsizlik sahəsində çalışıb.
Dünyanı dəhşətə gətirən fotolar Cefri Epşteynin Floridanın Palm Biçdəki malikanəsində 2005-ci ildə çəkilib.
Qeyd edək ki, 66 yaşlı tanınmış maliyyəçi Donald Tramp, Bill Klinton və Şahzadə Endrü ilə yaxın dostluq əlaqələrində olub.   








www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM