Məşhur müğənni koronavirusa görə məhkəməyə getmədi

16:07 | 26.02.2020
Məşhur müğənni koronavirusa görə məhkəməyə getmədi

Məşhur müğənni koronavirusa görə məhkəməyə getmədi

Türkiyənin məşhur müğənnisi Gülben Ergen koronavirus səbəbindən məhkəmədə iştirak edə bilməyib.

Sondakika.com-un xəbərinə görə, sənətçi bu gün İstanbul Çağlayan Məhkəməsində keçiriləcək prosesdə iştirak etməyib.

Onun vəkili Ergenin Ankara səyahətindən qayıdarkən koronavirusa görə təyyarədən enmədiyini və İstanbula gəlmədiyini deyib.O, müvəkkilinin növbəti prosesdə iştirak edəcəyini qeyd edib.

Tərəflərin vəkilləri dinlənildikdən sonra məhkəmə prosesinin növbəti iclası bir həftə sonraya təyin edilib. Əsassız səbəbdən prosesə gəlməyəcəyi təqdirdə müğənninin məhkəməyə zorla gətiriləcəyi bildirilib.

Qeyd edək ki, keçmiş əri Erhan Çelik Gülben Ergeni məhkəməyə verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb