Məşhur müğənninin evi soyuldu

18:00 | 23.11.2019
Məşhur müğənninin evi soyuldu

Məşhur müğənninin evi soyuldu

Avstraliyalı müğənni İggi Azelianın Atlantada sevgilisi ilə birgə yaşadığı evinə oğrular girib.


Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı müğənni evdə tək olub. Havanın yağışlı olduğunu və sevgilisi Pleyboi Kartinin girməsi üçün qapını açıq qoyduğunu deyən Azelia oğruların silahlı olduqlarını düşündüyü üçün otağından çıxmadığını bildirib. Evdən 366 min dollar dəyərində zinət əşyası aparılıb. Bunlar arasında müğənninin əl işi üzükləri, saatları, qolbaq vı sırğaları olub.
 
Polis üzləri təhlükəsizlik kameralarına düşən oğruların tapılması ilə bağlı araşdırmalara başlayıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM