Məşhur musiqiçinin nəvəsi faciəli şəkildə öldü - FOTO - YENİLƏNİB

13:10 | 15.12.2019
Məşhur musiqiçinin nəvəsi faciəli şəkildə öldü - FOTO - YENİLƏNİB

Məşhur musiqiçinin nəvəsi faciəli şəkildə öldü - FOTO - YENİLƏNİB

Məşhur balabançı mərhum Əliməmməd Əmrahovun nəvəsi Türkiyədə faciəli şəkildə dünyasını dəyişib.
Anews.az Virtualaz.org-a istinadla xəbər verir ki, Çanaqqala şəhərində yerləşən ali məktəbdə təhsil alan 1998-ci ildə anadan olmuş İsmayıl İlqar oğlu Əmrahov bir neçə gün əvvəl yaşadığı binanın pəncərəsindən yıxılaraq ağır xəsarət alıb.
Elə o vaxtdan da koma vəziyyətində olan İsmayıl dünən dünyasını dəyişib. İ. Əmrahov Çanaqqalada yerləşən Tibb Universitetinin 4-cü kurs tələbəsi idi, anestezioloq ixtisası üzrə təhsil alırdı.
Faciəli şəkildə həlak olmuş azərbaycanlı tələbənin cənazəsinin atasının müşayəti ilə artıq Bakıya gətirilib.
Bu gün yaşadıqları Salyan rayonunda torpağa tapşırılacaq.
***10:52
Azərbaycanlı tələbə Türkiyədə bədbəxt hadisə nəticəsində ölüb.
Anews.az  "Report"-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı, 1998-ci il təvəllüdlü İsmayıl Əmrahov binadan yıxılaraq ağır xəsarət alıb.
İ.Əmrahov xəstəxanada koma vəziyyətində qalsa da, bu gün dünyasını dəyişib.
Məlumata görə, mərhum Türkiyənin Çanaqqala şəhərində ali tibb təhsili alırmış.










www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb