Oktyabrın 12-də ispan əsilli məşhur opera müğənnisi Monserrat Kabalye yenidən Qarabağa səfər edib.Oxu.Az xəbər verir ki, erməni mətbuatının yazdığına görə, Kabalye oktyabrın 14-də Xankəndidə atəşkəsin 24 illiyinə həsr olunmuş konsert verəcək.Kabalyenin qondarma rejimin “prezidenti” Bako Saakyanla görüşü də planlaşdırılır.Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev hazırda bu istiqamətdə araşdırma aparıldığını bildirib:“Məsələ araşdırılır və bununla bağlı mərkəzləşdirilmiş açıqlamamız olacaq”.Qeyd edək ki, İspaniyanın opera müğənnisi Monserrat Kabalyenin Dağlıq Qarabağa ilk səfəri deyil.Belə ki, ötən ilin iyununda ilk dəfə Qarabağa səfər edən Kabalye bundan sonra Azərbaycanda persona non qrata elan edilmiş, Azərbaycanın “qara siyahısına” salınmışdı.“Biz, ispan tərəfinə nota göndərərək, bütün vəziyyəti izah etdik və Monserrat Kabalyenin Azərbaycanın işğal olunmuş ərazilərini ziyarəti ilə bağlı izahat verməsini tələb etdik. Notada göstərilib ki, Kabalye persona non qrata elan edildiyi üçün (arzuolunmaz şəxs), daha heç vaxt Azərbaycanın vizasını ala bilməyəcək” – deyə, o zaman Azərbaycanın İspaniyadakı səfirliyindən bildirmişdilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !