• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Məşhur oteldə azyaşlı qız zorlandı – Bakıda

Məşhur oteldə azyaşlı qız zorlandı – Bakıda
29.05.2020 12:30
Bakıda yetkinlik yaşına çatmayan qız evli kişi tərəfindən zorlanıb,  bu barədə Yenicag.az-a zərərçəkmiş şəxsin atası T.Quliyev (ad şərtidir-red) məlumat verib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs, "Ambassador” otelin marketinq üzrə meneceri Əhmədov Nəriman Asif oğludur. O, işlədiyi "Ambassador” otelin otağında ilkin olaraq 09 noyabr 2018-ci il tarixində yetkinlik yaşına çatmayan azyaşlı qızı zorlayıb.

İddiaya görə, həmin şəxs yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan zaman videoçəkiliş də aparıb. Maraqlı məqam isə ondan ibarətdir ki, hadisə üzə çıxandan sonra 26 yaşlı şəxs telefonunu dəyişdirib və qızla arasında olan yazışmaları silib.

Hadisə ilə bağlı zərərçəkmiş şəxsin atası Bakı Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində məsələni aidiyyatı üzrə Nəsimi Rayon Polis İdarəsinə yönəldib.

Əldə etdiyimiz məlumata görə, hazırda Nəriman Əhmədovla bağlı Cinayət Məcəlləsinin 152.1 maddəsi ilə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək isə təqsirləndirilən şəxslə bağlı ev dustaqlığı qərarı çıxarıb.

Lakin yetkinlik yaşına çatmayan qızın valideynləri qərardan narazıdırlar. Onlar ekspertizanın düzgün rəy vermədiyini bildiriblər. Belə ki, valideynlər tərəfindən zərərçəkmiş şəxs həkim yoxlanışından keçirilən zaman onun bakirəliyinin pozulduğu üzə çıxıb. Bundan başqa, Nəriman Əhmədovda olan infeksion xəstəliklər də qıza keçib. Valideynin iddiasına görə, bütün sübutlara baxmayaraq, Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov dəlilləri gözardı edir. Ekspertiza rəyi ilə razılaşmayan valideyn təkrar ekspertizanın keçirilməsini tələb etsə də, iş tələsik Bakı Apellyasiya Məhkəməsinə yönləndirilib.
Məsələni diqqətdə saxlayacağıq.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər
Cəmiyyət 23:30
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 23:01
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Xaçmazda minik avtomobili aşıb, yaralananlar var
Cəmiyyət 19:07
Xaçmazda minik avtomobili aşıb, yaralananlar var
Ordubadda yağış fəsadlara səbəb olub
Cəmiyyət 18:58
Ordubadda yağış fəsadlara səbəb olub
DİN saxta səhifələrlə bağlı vətəndaşlara müraciət edib
Cəmiyyət 16:37
DİN saxta səhifələrlə bağlı vətəndaşlara müraciət edib
Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verib
Cəmiyyət 15:35
Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verib
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 14:07
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Deputat Azər Badamov Moskva aeroportunda saxlanılıb
Cəmiyyət 13:59
Deputat Azər Badamov Moskva aeroportunda saxlanılıb
Sumqayıtda yanğın olub - Video
Cəmiyyət 13:45
Sumqayıtda yanğın olub - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol