Bu barədə Lent.az -a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 200 çarpayılıq nəzərdə tutulan müəssisədə müasir tibbi-sosial reabilitasiya infrastrukturu yaradılacaq, əlilliyi olan şəxslərin daha efftektiv və səmərəli bərpa müalicəsi üçün yeni avadanlıqlarla təchiz olunacaq.
Mərdəkan Müalicə Pansionatında təmir və yenidənqurma işlərinin bu ilin sonuna qədər yekunlaşdırılmasınəzərdə tutulur. Müəssisədə il ərzində 5000-dək stasionar, 1500-dək əlilliyi olan şəxsin ambulator şəraitdə bərpa müalicəsi alması mümkün olacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !