Naməlum şəxslər bu gün "Exo Moskvı” radisostansiyasının redaksiyasına hücum ediblər və aparıcı Tatyana Felqenhaueri boğaz nahiyəsindən bıçaqlayıblar.
Anews.az-ın xəbərinə əsasən, bu barədə "İnterfaks”a radiostansiyanın baş redaktoru Aleksey Venediktov məlumat verib.
Baş redaktor bildirib ki, xəsarət alan aparıcı xəstəxanaya yerləşdirilib və hazırda onun həyati təhlükəsi yoxdur.
Hadisəni törədən şəxslər saxlanılıb və polisə təhvil verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !