Məşhur rejissor koronavirusdan öldü

16:33 | 21.04.2020
Məşhur rejissor koronavirusdan öldü

Məşhur rejissor koronavirusdan öldü

Rusiyalı rejissor İvan Şoqolev koronavirus infeksiyasının qurbanı olub.

Anews.az-ın xəbərinə görə, bu barədə məlumatı Rusiya Kinematoqrafçılar Birliyi yayıb.
 
"Peşə dövrü ərzində İvan Şoqolev bir çox şeyi edə bildi. O, kino və televiziya sahəsində çox işləyib, gələcək planlarında maraqlı layihələr var idi”, - açıqlamada vurğulanıb.
 
Qeyd edək ki, 59 yaşlı İ.Şoqolev "Amerikalı baba”, "Demək olar ki, ailə detektivi”, "Morozova”, "Svetoçnaya küçəsində kabus” və s. filmlərin rejissoru olub.
 
Xatırladaq ki, Rusiyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı 52 mini ötüb. Onlarda 3 873 nəfəri sağalsa da, 456 nəfərin həyatını xilas etmək mümkün olmayıb.Report

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM