ABŞ-ın Merilend ştatında tanınmış reper Tre Da Kid qətlə yetirilib.
Redaktor.az CNN-ə istinadən xəbər verir ki, o avtomobilində güllələnib. Hadisə yerinə cəlb edilən polis, ərazini mühasirəyə alıb. Sənətçinin kimlər tərəfindən qətlə yetirildiyi məlum deyil.
Qeyd edək ki, 32 yaşlı sənətçi 2006-cı ildə rep yarışmasının qalibi olub. Məhz həmin uğurdan sonra o şöhrət qazanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !