Məşhur fransız rəssam Klod Monenin Niderlanddakı Zaans Muzeyində qorunan 1,4 milyon dollar dəyərindəki "De Voorzaan en de Westerhem” adlı tablosu oğruların hədəfi olub.
Hadisə bazar günü, saat 10:30-da baş verib. İki silahlı şəxs əsəri oğurlamağa çalışıb, ancaq buna müvəffəq ola bilməyəcəklərini görərək, hadisə yerindən qaçıblar.
Faktla bağlı istintaq başladılıb, qaçan şübhəlilərin axtarışları davam edir.
Muzeyin açıqlamasına görə, soyğunçular heç nə oğurlaya bilməyiblər. Tablonun zərər görüb-görmədiyi isə araşdırmalardan sonra bəlli olacaq.
2015-ci ildə muzeyin invertarına daxil olan əsər hələlik sərgidən yığışdırılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !