Məşhur rok qrupun üzvləri restoranda hücuma məruz qaldı - VİDEO

16:53 | 07.03.2014
Məşhur rok qrupun üzvləri restoranda hücuma məruz qaldı - VİDEO

Məşhur rok qrupun üzvləri restoranda hücuma məruz qaldı - VİDEO

Rusiyanın məşhur etirazçı qrupu "Pussy Riot" "McDonalds" restoranında nahar edərkən, bir qrup radikal sağçı gəncin hücumuna məruz qalıblar. 

ANN.Az-ın "euronews.com"a istinadən verdiyi xəbərə görə, Nadejda Tolokonnikova və Mariya Alyoxina həbsdə olarkən onların hüquqlarını müdafiə edən şəxslərlə görüşmək üçün Rusiyanın qərbindəki Nijni-Novqorod şəhərinə gediblər. Onlar "McDonalds" restoranında nahar edərkən hücuma məruz qalıblar. 

Üzərlərində millətçi simvollar olan paltarlar geyinmiş bir qrup qızlara hücum edib. Onlar qrup üzvlərinin sifətinə kimyəvi maddə fısqırtıb, zibil atıblar. 

Musiqiçilə hücuma məruz qalmaları barədə yerli polis şöbəsinə müraciət ediblər. Polisdən bildirilib ki, onlar hadisəni araşdırırlar və ancaq ətraflı şərh verməkdən imtina edilib. Qrup üzləri hücuma məruz qaldıqdan sonra, yanıq xəsarətlərindən və baş ağrılarından əziyyət çəkir. 

"Pussy Riot" rok qrupu Moskva Katedralında Putin əleyhinə mahnı oxuduqdan sonra məşhurlaşmış və həbs edilmişdilər. Onlar 2013-cü ilin dekabrında ümumi amnistiyaya düşmüş və azadlığa buraxılmışdlar. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM