Məşhur rus şirkəti Gürcüstana uçuşları tamamilə dayandırdı

10:11 | 22.06.2019
Məşhur rus şirkəti Gürcüstana uçuşları tamamilə dayandırdı

Məşhur rus şirkəti Gürcüstana uçuşları tamamilə dayandırdı

Rusiyanın "Aeroflot” aviaşirkəti 8 iyuldan etibarən Gürcüstana bütün reysləri tamamilə dayandıracağını elan edib.

"Qafqazinfo”nun "İnterfaks”a istinadən verdiyi xəbərə görə, şirkətin açıqlamasında bildirilir ki, aviaşirkət Tbilisiyə gedən uçuşları dayandırır.
"Yay mövsümünün uçuş planı həftədə 14 dəfə olub. Bundan sonra "Aeroflot” şirkətinin əsas səyləri Gürcüstandakı Rusiya vətəndaşlarının ölkəyə gətirilməsi olacaq”, - deyə məlumatda vurğulanıb.

Bundan başqa, qeyd olunur ki, 8 iyul tarixinə bilet əldə edən sərnişinlər heç bir əlavə ödəniş etmədən və ya cərimələnmədən uçuşu həmin tarixdən öncəyə keçirə bilər, eləcə də bileti qaytarıb pulunu geri ala bilər. 
Xatırladaq ki, iyunun 20-də Gürcüstandakı qarışıqlıqdan sonra Rusiya prezidenti Vladimir Putin dünən Nazirlər Kabinetinə göstəriş verib ki, Gürcüstandakı bütün Rusiya vətəndaşları ölkəyə qaytarılsın.

Putinin digər fərmanına görə isə, iyulun 8-dən etibarən Rusiya aviaşirkətlərinə Gürcüstana vətəndaşları daşımaq qadağan edilib. Qadağanın müvəqqəti xarakter daşıdığı bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti