Məşhur rusiyalı bloggeri Azərbaycana buraxmadılar

14:37 | 26.08.2015
Məşhur rusiyalı bloggeri Azərbaycana buraxmadılar

Məşhur rusiyalı bloggeri Azərbaycana buraxmadılar

Gürcüstandan keçməklə Azərbaycana gələn məşhur rusiyalı blogger Erik Davidoviçi və onun çəkiliş qrupunu Azərbaycanla sərhəddə ölkəyə buraxmayıblar.

Modern.az virtualaz.org saytına istinadən xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədəki səhifəsində E.Davidoviç özü paylaşıb.
Məlumata görə, "Sınıq körpü” nəzarət-buraxılış məntəqəsində E.Davidoviçin maşınındakı yük yoxlanılarkən orada çəkiliş aparmaq üçün nəzərdə tutulan dron (pilotsuz uçan aparat) aşkarlanıb.

Buna görə də bloggerin və onun çəkiliş qrupunun Azərbaycana daxil olmasına icazə verilməyib. Ona görə də blogger və onu müşayiət edən şəxslər geriyə Tiflisə qayıtmağa məcbur olublar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti