Məşhur şirkətə məxsus yük qatarlar külə döndü - VİDEO

15:11 | 12.09.2019
ABŞ-ın İllinoys ştatında yük qatarı qəzaya uğrayıb.
 
Anews.az Avtosfer.az-a istinadan istinadən xəbər verir ki, qəza Sent-Luis şəhəri yaxınlığında baş verib.
Məlumata görə, metilizobutilketon (tez alışan maye) maddə daşıyan qatar naməlum səbəblərdən relsdən çıxaraq aşıb və yanmağa başlayıb.
Bildirilir ki, qatar "Union Pacific” şirkətinə məxsus olub. Əraziyə yanğınsöndürmə, polis və xilasetmə briqadaları cəlb olunub.

Ətraf mühitin çirklənməsi təhlükəsi səbəbindən yerli sakinlər təxliyə edilib. İnsidentlə bağlı araşdırma aparılır.
Hadisə zamanı xəsarət alan olmayıb.

www.anews.az
loading...