Çavçavadze prospektindəki "Prospekt" restoranının yanında baş vermiş davada məşhur siyasətçilərin - Gürcüstanda prezidentliyə keçmiş namizəd Levan Qaçeçiladzenin, sabiq baş nazir Zurab Jvaniyanın və keçmiş nazir Niki İvanişvilinin övladları iştirak ediblər.Trend-in "Rustavi-2" telekanalına istinadən verdiyi məlumata görə, Rati İvanişvili yüngül bədən xəsarətləri alıb və ona ilk tibbi yardım göstərilib. Davanın səbəbləri məlum deyil.Restoran işçilərinin sözlərinə görə, gənclər içkili vəziyyətdə olublar. Onların arasında münaqişə hələ restoranda başlayıb.Gürcüstan DİN baş verən hadisə ilə bağlı hələlik rəsmi məlumat verməyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !