Məşhur ticarət mərkəzində DƏHŞƏT - 5 yaşlı uşağın barmağı QOPDU-VİDEO

23:50 | 10.05.2019
Məşhur ticarət mərkəzində DƏHŞƏT - 5 yaşlı uşağın barmağı QOPDU-VİDEO

Məşhur ticarət mərkəzində DƏHŞƏT - 5 yaşlı uşağın barmağı QOPDU-VİDEO

İstanbulda ticarət mərkəzlərindən birində dəhşətli hadisə yaşanıb.
Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, ticarət mərkəzinin eskalatorunda ayağı ilişən 5 yaşlı uşaq iki barmağını itirib.
Özəl məktəbdə müəllimə işləyən Eda Özcan həyat yoldaşı və iki uşağı ilə birlikdə səhər saatlarında ticarət mərkəzinə gəlib. 4 nəfərlik ailə eskalatorla alış-veriş mərkəzinin ən aşağı mərtəbəsinə enən zaman 5 yaşlı kiçik uşaqlarının ayaqları eskalatorun hərəkət edən mexanizminə ilişib. Hadisə nəticəsində 2 barmağı qopan uşaq dərhal xəstəxanaya aparılıb. Dəhşətli hadisəyə görə ana ticarət mərkəzinin təhlükəsizlik xidmətini günahlandırıb.
Hadisə aprel ayının 14-də baş versə də, görüntülər bu gün mətbuatda yayılıb.
Redaktor.az sözügedən görüntüləri təqdim edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM