Məşhurların çılpaq fotoları "Google"-u yandırdı - QALMAQAL

14:49 | 03.10.2014
Məşhurların çılpaq fotoları "Google"-u yandırdı - QALMAQAL

Məşhurların çılpaq fotoları "Google"-u yandırdı - QALMAQAL

Məşhur dünya ulduzların çılpaq fotolarının internetdə yayılması "Hollivud"u da hərəkətə keçirdib və hazırda "Google" 100 milyon dollarlıq məhkəmə çəkişməsi ilə qarşı-qarşıya dayanıb.Kate Apton və Jennifer Lourens kimi məşhurların iCloud hesablarının "hack" edilərək xüsusi fotolarının internetdə yayılması hər kəsin daha ehtiyatlı davranmasına səbəb olub. Amma  hakerlərin istənilən "qıfılı" sındırıb istənilməyən qonaq kimi "içəri" daxil ola bilməsi başqalarının bir-birlərinə qarşı aqressiv davranmasına gətirib çıxarıb.ANN.Az xəbər verir ki, məşhurların çılpaq fotolarının internetdə yayılması hadisəsi günü gündən böyüyür. "Hollivud"un vəkili Marti Singer "Google"nin qurucuları Larri Peyj, Sergey Brin və hətta Erik Şmit də daxil olmaqla şirkət rəhbərliyinə yazılı xəbərdarlıq yollayıb və bu çılpaq fotoşəkillərin dərhal "Google"nin arxivindən qaldırılmasının lazım olduğunu, əks halda haqqlarını məhkəmədə axtaracaqlarını ifadə edib.Amma vəkil Singer hansı məşhurların çılpaq fotolarının qaldırılmasını "Google"dən istədiyi məktubda aydın ifadə olunmayıb, hüquqşünas yalnız "onlarla məşhur ad" ifadəsini işlətməklə kifayətlənib.Vəkil xəbərdarlıq məktubunda hadisələrin lap əvvəlindən "Google"nin bu hadisələrin fərqində olmasını qeyd edib, amma buna baxmayaraq fotoşəkilləri internetin arvixindən qaldırmaq istəyində bulunmayıblar.Bu məktubdan sonra "Google"nin hansı addımı atacağı hər kəsdə maraq doğurur...ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM