Rusiya Federasiyasının Udmurtiya Respublikasında məşqçi voleybolçu qızları vəhşicəsinə döyüb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki hadisə, Udmurtiyanın Qlazov şəhərindəki idman məktəblərin birində baş verib.
Sosial şəbəkələrdə yayılan videodan sonra hadisədən xəbər tutan Respublikanın İdman naziri Aleksandr Varşaviski hadisənin 2017-ci ildə baş verdiyini bildirib: "Məşqçinin bu davranışını qəbuledilməz hesab edirəm. Bu, təlim-məşqçilik və idman etikasına ziddir. Uşaqlar həyatda və idmanda toxunulmazdır, buna bənzər metodlar tətbiq edilməməlidir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !