Məşqçi Paris olimpiadasında ölüb

21:37 | 27.07.2024
Məşqçi Paris olimpiadasında ölüb

Məşqçi Paris olimpiadasında ölüb


Samoalı boks üzrə məşqçi Lionel Elika Parisin Olimpiya kəndində 61 yaşında vəfat edib.Bu barədə "Frans Press” agentliyi məlumat yayıb.
 
Məşqçiyə təcili tibbi yardım göstərilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

"Paris Olimpiadası zamanı faciəvi şəkildə dünyasını dəyişən Samoanın boks üzrə məşqçisi Lionel Elikanın ailəsinə, dostlarına və həmkarlarına başsağlığı veririk. Lionelin idmana olan fədakarlığı və həvəsi boks ictimaiyyətində silinməz iz qoyub”, - deyə Beynəlxalq Boks Assosiasiyasının bəyanatında bildirilir.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM