Messi "Barcelona"ya qayıtmaq istəyir

19:00 | 10.03.2023
Messi

Messi "Barcelona"ya qayıtmaq istəyir

Fransa çempionu PSJ-nin 35 yaşlı hücumçusu Lionel Messi cari ilin yayında "Barcelona"ya qayıtmaq istəyir.
 
Xarici KİV xəbər verir ki, Argentina millisinin hucumçusunun Paris klubu ilə müqaviləsi bu mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər hələlik əməkdaşlığın uzadılması ilə bağlı qərar verməyiblər.
 
Kataloniya komandasının baş məşqçisi Xavi bir neçə dəfə klubun qapılarının Messi üçün hər zaman açıq olduğunu bildirsə də, "Barselona" keçmiş liderini geri qaytarmaq üçün təşəbbüs göstərmir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb