Messi "Barsa"da qiyam qaldırdı: "Belə olmaz!"

23:47 | 05.01.2015
Messi

Messi "Barsa"da qiyam qaldırdı: "Belə olmaz!"

"Barselona”nın ulduzu Lionel Messi baş məşqçi Luis Enrikenin La Liqanın son turunda "Real Sosedad”a (0:1) qarşı müəyyənləşdirdiyi start heyətindən narazı qalıb.

Lent.az-ın İspaniya mediasına istinadən məlumatına görə, argentinalı futbolçu hesab edir ki, Luis Enrike komandanı düşdüyü vəziyyətdən xilas etmək iqtidarında deyil. Onu daha çox heyrətləndirən isə son turdakı məğlubiyyətə baxmayaraq "Barsa” rəhbərliyinin baş məşqçini dəstəkləməsi olub.

Əfsanəvi futbolçunun narazılığına konkret səbəb kimi Primeronun 17 turu ərzində ispan çalışdırıcının eksperimentlərə əl atması göstərilir. Belə ki, Luis Enrike 17 tur ərzində komandanı hər oyuna fərqli heyətdə çıxarıb.

Xatırladaq ki, "Real Sosedad”a qarşı son turda Messi, Neymar, Pike, Dani Alveş və Rakitiç kimi əsas futbolçular ehtiyatda qalıb.

ANN.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb