Argentina milli komandasının futbolçusu Lionel Messi İspaniyanın "Barselona" klubunu tərk edə bilər.
Anews.az report-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu "Barselona"da qalmağa tərəddüd edir.
Braziliyalı Neymarın Fransa təmsilçisi PSJ-yə satışı, Ernesto Valverdenin komandanın baş məşqçisi təyin edilməsi və Kataloniyadakı siyasi durum kapitanı narahat edir.
Təcrübəli forvardın xidmətində ən çox maraqlı olan klub isə "Mançester Siti"dir. İngiltərə təmsilçisinin rəhbərliyi bir neçə dəfə futbolçunun nümayəndəsi ilə görüşüb. Oyunçunun özü də bu varianta ciddi yanaşır.
Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə mövcud müqaviləsinin müddəti 2018-ci ilin iyununda başa çatır. Kataloniya klubunun rəhbərliyi daha əvvəl onun sözləşməsinin uzatdıqlarını açıqlasa da, bu, təsdiqini tapmayıb. "Barsa" rəhbərliyinin yeni razılaşma üçün argentinalıya 89 milyon avro təklif etdiyi, futbolçunun ümumilikdə 557 milyon avro qazancağı iddia olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !