İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi braziliyalı əfsanəvi hücumçu Pelenin rekordunu növbəti dəfə qırıb.
"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı forvard buna "Xetafe"ni 5:2 hesabı ilə məğlub etdikləri La Liqanın XXXI tur matçında nail olub.
Görüşdə dubla imza atan Messi La Liqada 469-cu qolunu vurub və bir çempionatda ən çox fərqlənən oyunçu olub. Bundan əvvəl Pele 1957 - 1974-cü illərdə Braziliya çempionatında "Santos"un heyətində 468 qola imza atıb.
Tarixdə hansısa futbolçu bir çempionatda Messi qədər fərqlənməyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !