Messi: "Hafizəmi sıfırlamalıyam"

11:14 | 21.05.2014
Messi: "Hafizəmi sıfırlamalıyam"

Messi: "Hafizəmi sıfırlamalıyam"

Braziliyada təşkil olunacaq dünya çempionatı üçün Argentina millisinin düşərgəsinə yollanan Lionel Messi geridə qalan mövsümü dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan "Barselona"nın futbolçusu mövsümün uğursuz alınmasında komanda olaraq günahkar olduqlarını bildirib:"Fərdi olaraq şanssız vaxtlarım oldu. Ancaq mövsümün uğursuz alınmasında komanda olaraq günahkarıq. Pis gedişə baxmayaraq çempionluq ayağımıza qədər gəlmişdi. Lakin yenə də bacarmadıq. Aldığım zədələr də oyunuma mənfi təsir göstərdi".Qarşıdakı dünya çempionatı haqda da fikirlərini bölüşən Messi bu turnirin Argentina yığması üçün çox önəmli olduğunu bildirib: "Artıq Argentina millisi və dünya çempionatı haqda düşünmək vaxtıdır. La Liqada olanları geridə buraxmalı və hafizəmi sıfırlamalıyam. Bu turnir Argentina üçün çox önəmlidir. Dünya çempionatında oynayacağım üçün çox xoşbəxtəm".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM